Təşəhhüddən sonra nə dua edilir?
Sual:
Salam.
Mən namaz qılanda təşəhhüd deyərkən bunu oxuya bilərm mi? :"Əlhəmdulillah. La ilahə illalah vəhdəhu la şərikələh və əşhədu ənnə Muhammədən əbduhu v rəsuluh. Allahümmə səlli əla Muhəmmədin və ali Muhamməd".
Öncədən təşəkkür.Allah razı olsun.
Cavab:
Və aleykum Salam. Dedikləriniz zikrlər və salavatdır. Namazda təşəhhüdü demək üçün oturduqda Təşəhhüd, onun ardı ilə salavat oxunur. Sonra isə istədiyiniz duanı edə bilərsiniz. Həmçinin oxuyun: Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua