Hz. Fatiməyə salavat demək olarmı?

    14.01.2016
Kimdən: 
XALIDE
Sual: 
ESselamun aleykum.size sualim beledir mes: FATIME(R.A)Salavat cekirler bu ne derece duzgundur? eger duzduse nece etmeliyik? hezret sozunun menasi nedir?kimlere demek olar?
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua (salavat) verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzab, 56).
Salavat yalnız Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xasdır. Bunu peyğəmbər olmayanlara etmək olmaz. Deyəndə ki, "Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd" (Allahım Muhammədə və onun ailəsinə salavat et) siz "Muhəmməd" deyirsiniz. "Muhəmməd" dediyiniz halda salavatı başqasına necə göndərmək olar? Həmçinin, salavatın içində artıq Muhammədin ailəsinə, əhli-beytinə salavat var. Yoxsa, bəzi adamlar yas mərasimlərində ölənlərin ruhuna, yasda əziyyət çəkənlərə və digər insanlara salavat deyirlər, lakin bu salavatda Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) adını çəkirlər. Bu məntiqə uyğun deyil.  Həmçinin, oxuyun:
Teqlər: 
Paylaş: