Cinsi əlaqə olmadan ehtiras hissi qüslu pozurmu?

    24.01.2016
Kimdən: 
nuran
Sual: 
qadinlarda ehtiras qalxmasi qusulu pozurmu?cinsi elaqede olmasa bele?
Cavab: 
Salam aleykum. Həm qadınlarda, həm də kişilərdə cinsi əlaqə olmadan məni (sperma) ifrazı baş vermirsə, qüsl pozulmur. Qüsl məninin (spermanın) şəhvətlə çıxması və ya qadının boşalması halında pozulur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənini təzyiqlə ifraz etmisənsə qüsl et. Əks halda isə qüsl etmə". (İmam Əhməd, 82). Cinsi orqandan az miqdarda gələn şəffaf maye (məzi) isə yalnız dəstəmazı pozur. Əli (Allah ondan razı olsun) deyir: "Məndən çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə (Allah ondan razıolsun) görə bu haqda Peyğəmbərdən (Allahın ona vəailəsinə salavatı və salamı olsun) soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə (Allah ondan razıolsun) tapşırdım. O, Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu haqda soruşub belə cavab aldı: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın". (əl-Buxari, 132; Muslim, 303). Həmçinin, qadınlarda da kişilərdə olduğu kimi pollusiya (yuxuda spermanın çıxması) halı baş verə bilər. Belə olduqda qadın da qüsl almalıdır. Ummu Sələmə, Ummu Suleymin (Allah onlardan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Ey Allahın elçisi, Allah, haqqı axtarana utanmağı əmr etmir. Qadın, pollyusiya halında qüsl almalıdırmı?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Bəli. Əgər mənini (spermanın əsər-əlamətini) görübsə qüsl etməlidir". (əl-Buxari, 130). Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Teqlər: 
Paylaş: