Kağızdan ayə və ya dua oxumaq olarmı?

    24.01.2016
Sual: 
Salam axsaminiz xeyir men bir sual vermek isterdim qusulsuz kagizdan aye veya dua oxumaq olarmi?meselen ferec duasi?cox xahis cavablandirin
Cavab: 
Və aleykum Salam. Kağıza baxaraq dua oxumaq olar. Qeyd etdiyiniz fərəc duasının şəriətdə əsli yoxdur. Əsli olmayan duaları oxumaq əvəzinə Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi duaları oxumaq daha yaxşıdır. Qeyd edək ki, qüsulsuz Quran ayələrinə toxunmaq icazəli olmadığına görə qüslu olmayan adam ərəbcə olan Quran kitabına toxuna bilməz. Yalnız əzbərdən oxumaq olar. Əgər kitabda həm Quran ayələri, həm də Aərbaycan dilində mənaca tərcüməsi varsa, ayələrə toxunmamaq şərtilə o kitabı götürüb oxumaq olar. Quranın mənaca tərcüməsini isə qüsulsuz oxumaqda problem yoxdur. Yox əgər Qurani-Kərim deyil, digər şeylərdirsə - hədislər, dualar və s. - bunları qüsulsuz oxumaq olar. Həmçinin, oxuyun:
Müsəlmanın qalası (dua və zikrlər)
Quranı elektron versiyasından və dəstəmazsız halda oxumaq olarmı?
Teqlər: 
Paylaş: