Kişi qadının ehtiyacını ödəmədiyi halda qadın istimna edə bilərmi?

    31.01.2016
Sual: 
Salam Aleykum. Eger kisi qadinin ehtiyacini odemirse,qadin bu barede defelerle deyerse erine halbuki, yene de odemirse ve deyirse ki odeye bilmirem lakin oz ehtiyacin odeyir..bu zaman qadin neynemelidi,ehtiyaci olarken istimna ede biler?yeni ele bisey deyil ki evlnemeyi gozdesin,sebr etsin,oruc tutsun..bu nevaxta kimi ola biler ki,omrunun sonuna kimi sebr etmelidi?bildiyimiz kimi sehhete de ziyandi bu.
Cavab: 
Və aleykum Salam. Ərinizin fiziki imkanı olduğu halda sizin haqlarınızı ödəməməsi günahdır və əriniz belə olan halda qul haqqı ilə yüklənir. Uca Allah qul haqqını bağışlamır və Qiyamət günü haqqı pozulanlar zülm edənlərdən öz haqlarını alacaqlar. Fiziki imkanı olmadığı halda isə müalicə olunmalı, vəziyyəti düzəltməyə cəhd etməlidir. Allaha dua edin və bu günahdan uzaqlaşmağa çalışın. Oruc tutun və gözünüzü haramdan çəkin. Daha ətraflı:
Masturbasiya etməyə icazə verilir?
Cinsi həvəsi artıran preparatlardan istifadə etmək icazəlidirmi?

Qul haqqı barədə
Paylaş: