Övladlığa götürülən uşaq kimlərə məhrəm sayılır?

    31.01.2016
Kimdən: 
Ayshan
Sual: 
salam ovladliga goturulen qiz ushagi,ataya namehremdi.teessufki indi 17di yashindadadi,lakin mehremlik olmasi ucun ne etmeli oldugumuz baresinde melumat verseniz minnetdar olaram.bundan otru eqd oldugunu nevaxtsa oxumushdum,lakin indi xatirlamiram.bunu tereflerin xeberi olmadan nece etmek olar?cunki ata muselman olsa da,sheri meselelere diqqet etmir,bunu onsuzda qebul etmeyecek,ushaq ise ovladliq oldugunu bilmir.
Cavab: 

Və aleykum Salam. Övladlığa götürülən qız üşağı ataya, oğlan uşağı isə anaya naməhrəmdir. Bu uşağın doğma uşağa çevrilməsi mümkün deyil. Uşaq körpə vaxtı (2 yaşına qədər) kişinin arvadı, bacısı və ya anası tərəfindən əmizdirilsə idi, bu halda kişiyə məhrəm sayılardı. Böyüdükcə, uşaq özü anlayışlı olandan sonra ona yavaş-yavaş başa salmaq lazımdır ki, onun doğma valideynləri başqalarıdır. Uca Allah buyurur: "(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir". (əl-Əhzab, 5). Bu həmin uşağa ilk vaxt zərbə kimi olsa da, vəziyyət uşağa (dərk etdikdən sonra) hikmətlə başa salınmalıdır. Sadaladığınız əqd məsələsi isə düzgün deyil. Daha ətraflı: 
Qadına ögey oğlu və ya ögey atası məhrəmdirmi?
Övladı olmayan adama öz uşağını vermək olarmı?

Teqlər: 
Paylaş: