Qızdırmalı vaxtda namaz qılmamaq olarmı?

    02.02.2016
Sual: 
Salamu aleykuma,2 gun 39 yarimnan qizdirmam enmirdi yani yatagdan bele qalxa bilmrdim cox tehsufki namazlarimi hec cure qila bilmedim.Bu qeza sayilir yoxsa boyuk gunah?yeniden qezalarin qilmaliyami?
Cavab: 

Və aleykum Salam. Xəstə halda namazı tərk etmək olmaz, Uca Allah bu vəziyyətdə namazı asanlaşdırmışdır. Namazı uzanan yardə də qılmaq olar. İmran ibn Husayn (Allah ondan razı olsun) demişdir: "Mən babasil xəstəliyi­nə tu­tulmuşdum. Odur ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu vəziyyətdə namaz qılmaq barə­sində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bu­nu da bacarmırsansa, uzanan yerdə qıl". (əl-Buxari, 1117). Xəstəliyə görə dəstəmaz ala bilməyən təyəmmüm alır. Bildikdən sonra ki, namazı hər halda qılmaq lazımdır, bu halda namaz qılmasanız günah sayılır. Qıla bilmədiyiniz iki günlük namazın qəzalarını qılmaq lazımdır. Daha ətraflı:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?

Teqlər: 
Paylaş: