Peyğəmbərimiz və əhli beyti möhürlə namaz qılmayıb?
Aleykum salam. Xahiş edirik, dini səhih mənbələrdən öyrənin (Qurani Kərim və səhih hədislər). Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə məzhəblər olmayıb, həmçinin şiə məzhəbi. Ümumiyyətlə firqələrə bölünmək qadağandır. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali İmran, 103).
"(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105).
Möhürlə namaz qılmağa aid isə Quranda və səhih mənbələrdə heç bir dəlil yoxdur. Namazı və digər əməllərimizi Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kimi etməliyik. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Həmçinin oxuyun: Peyğəmbərimiz isti olanda başını möhürə qoyubmu?