Cənazə namazı necə qılınır?

    26.12.2015
Sual: 
Assalamu aleykum. Cənazə namazı necə qılınır?
Cavab: 

Və aleykum salam. Cənazə namazı dörd təkbirdən ibarətdir. Cənazə namazında rüku və səcdə olmur. Yəni ancaq qiyam (ayaq üstə) halında "Allahu Əkbər" (Allah ən böyükdür) deyərək birinci təkbiri gətirdikdən sonra əl-Fatihə surəsini oxumaq:

"əl Həmdu liləhi rabbi-l-aləmin,
ər Rahməni-r-rahim,
Məliki yəvmi-d-din,
İyyəkə nə'budu va iyyəkə nəstəin,
İhdinə-s-sirata-l-mustəqim,
Sirata-l-ləzinə ənamtə aleyhim, ğayri-l-məğdubi aleyhim, valə-d-dallin". 
(əl Fatihə surəsi).

Daha sonra eyni qaydada ikinci təkbir deyilir və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat oxunur:

 "Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbra­himə va alə əli İbrahimə, innəkə həmi­dun məcid. Allahummə bərik alə Muhəm­mədin va alə əəli Muhəmməd, kəmə bərak­tə alə İbrahimə va alə əli İbrahimə, innəkə həmidun məcid"

Daha sonra üçüncü təkbir deyilir və meyit üçün bu dualardan biri oxunur:
Cənazə namazında meyit üçün oxunan dua
Həddi-büluğa çatmamış uşağın cənazə namazında oxunulan dua

Duanı oxuyub qurtardıqdan sonra dördüncü təkbir deyilir və "əssələmu aleykum va rahmətullah" (sizin üzərinizə Allahın salamı və rəhməti olsun) deyərək başı sağ çiyin tərəfə çevirərək salam verilir.

Teqlər: 
Paylaş: