Keçmiş sevgilim məni təhdid edir...

    21.02.2016
Kimdən: 
Xanimdan
Sual: 
Salam.kecmis sevgilim meni tehdid edir.kimle evlensende yenede seninle birlikde olacagam deyir.o insanin menim qismetim olmagini isdemirem.ama sevdiyim bir insanlada evlensem eger kecmis sevgilim dediyni etse ve ya qarsima cixsa men ne ede bilerem.evleneceyim insanida bedbext etmek isdemirem.mene gore uzulmesini isdemerem.kecmis sevgilimi isdemirem mene cox zerer verib.onu gormeye gozum yoxdu.Onunla xosbext ola bilmerem.pis insanlardan ve o insandan uzaq olmaq ucun dua edirem.bunun ucun dua ve ya sure varsa deye bilersiz?
Cavab: 

Və aleykum Salam. Allaha çoxlu dua edin. Dua müsəlmanın silahıdır. Elə bir silah ki, bu silahı düşmənlər əlinizdən ala bilməzlər. Uca Allah buyurur: "Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!" (Ali İmran, 160). Həmçinin, siz əməllərinizin düzəlməsinə çalışın. Namaz qılmırsınızsa, namaza başlayın. Çünki, bəlalar günahlar səbəbilədir. Allah sizə kömək olsun! Həmçinin bu cavabları oxuyun: 

Paylaş: