Naməhrəm qadınlar kimlərdir və digər suallar...

    21.02.2016
Sual: 
Salam.1.Dində naməhrəm qadın anlayışı varmı?Əgər varsa kimlər sayılır.2.Mən insanları,heyvanları və qohumlarımı sevmirəm.Bu məndən asılı deyil.Bu günahdırmı?3.Qohumları ziyarət etmək və onlarla əlaqəni kəsmək olmaz.Bəs hansı şəxslər qohum sayılır?4.Qadın və kişinin namazındakı fərqlər hansıdır?Zəhmət olmasa bu haqda yazardınız.5.Dində ölüm hökmü deyilən bir anlayış varmı?6.Heyvanlar insanları başa düşürmü.Heyvanlara salam vermək olarmı.7.Qədr gecəsi hansı vaxtlardadı.Yəni saat neçədən neçəyə qədərdir.8.Mən çox acıdil insanam.Bunun üçün nə etməliyəm.Sözü üzə kobud şəkildə deyirəm.Bu günahdırmı.9.Əgər bir insan özünü öldürsə bu qədərdirmi.Xahiş edirəm qədər haqqında misallar çəkin.Sağ olun.
Cavab: 

Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Məhrəm və naməhrəm kimlərdir?
2. Allahın yaratdıqlarını sevmək rəhm hissi ilə bağlıdır. Bu günah yox, sizin rəhmli olmağınıza işarədir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Rəhm edənlərə Mərhəmətli Allah rəhm edər. Yerdəkilərə rəhm edin ki, göydəki Allah sizə rəhm etsin". (Əbu Davud, 4941).
Qohumlar haqda isə belə buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək malı çoxaldır, ailədə mehribanlıq yaradır və ömrü uzadır". (ət-Tabərani, 7810).
3. Valideyn tərəfdən olan qohumlar: ana, ata, qardaş, bacı, əmi, dayı, bibi, xala, baba, nənə, bu sadalanan şəxslərin uşaqları. Həmçinin, ailə həyatı qurulandan sonra olan qohumlar da bura daxildir. Ümumən qohumluq anlayışı genişdir. Lakin, el içində bilinən kirvə qohumluğu İslam dinində yoxdur.
4. Qadın və kişinin namazında heç bir fərq yoxdur.
5. Ölüm hökmü şəriət ölkəsində ağır cinayətlər edənlərə qarşı tətbiq edilir. Bu cəza da digər pis fikirdə olan insanlara ibrət olsun deyə icra edilir. Məsələn, zina edən, adam öldürən cəzalanmasa, başqa bu kimi pis niyyətləri olan insanlara da şərait yaranır.
6. Heyvanların şüuru olmadığına görə insanları tam mənasında başa düşməsələr də, bəzi çox təkrarlanan hərəkətlərlə bağlı olan sözləri başa düşürlər.
7. Şəriətdə gecə Məğrib namazından Sübh namazına qədərki vaxtı əhatə edir. Daha ətraflı: Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?
8. Xeyir-bərəkət içində olmaq istəyən kimsə mülayim olmağa çalışma­lıdır. Çünki ko­budluq etmək adamı hər cür xeyirdən məhrum edir. Əgər adam cahilliyi üzündən başqaları ilə kobud davranarsa, bu davranış onun özünə zərər verər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari "Ədəbul-Mufrad", 464). Daha ətraflı:
Qəlb qırmaq günahdırmı?
Günahı necə tərgitmək olar?
9. Bu cavabları oxuyun:
Özünü öldürmək alın yazısıdırmı?
Qədəri bəhanə gətirənlərə cavab

Teqlər: 
Paylaş: