Bir dəstəmazla neçə dəfə namaz qılmaq olar?

    16.02.2016
Kimdən: 
muselmanka91
Sual: 
Salam aləykum. Xahiş edirəm sualların cavablandırılmasını bir az sürətləndirərdiz.SUALİM: Bir dəfə aldığımız dəstəmazla neçə dəfə namaz qılmaq olar? Yəni zöhr namaz qılmaq üçün dəstəmaz aldımsa və dəstəmazım pozulmayacaqsa həmən dəstəmazla işa namazacan bütün namazları qılmaq olar,yoxsa bir neçə namazdan sonra pozulmayıbsada almalıyıq yenidən?Yoxsa dəstəmaz pozulanacan nə qədər olsa qıla bilərik?Məsəlçün oruclu ikən dəstəmaz pozulmur,bir dəstəmazla bütün namazları qılmaq olarmı?Ümüd edirəm başa sala bildim.Ətraflı başa salardız zəhmət deyilsə((( Haqqınızı halal edin,vaxtınızı aldığıma görə.Allah razı olsun.
Cavab: 

Və aleykum Salam. Süleyman ibn Bureydənin atasından (Allah ondan razı olsun) rəvayət etdiyinə əsasən belə demişdir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hər namazdan öncə dəstəmaz alardı. Amma Məkkənin Fəthi günü dəstəmaz alıb xoflərinin üzərinə məsh çəkdi və namazları bir dəstəmaz ilə qıldı. Ömər (Allah ondan razı olsun) ona dedi: "Ey Allahın Elçisi, sən əvvəllər etmədiyin bir işi edirsən". Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Ey Ömər, mən bunu bilərəkdən edirəm". (Səhih Muslim "Təharət" fəsli, 86, №: 277). Bu hədis dəlildir ki, dəstəmaz pozulmasa, həmin dəstəmazla çoxlu namaz qılmaq olar.

Paylaş: