Əllər sinədə namaz qılmağıma icazə vermədikləri üçün namaz qılmıram...

    19.01.2016
Sual: 
Salam aleykum.men namazi sizin saytda gosterilen kimi qiliram.amma mebe vahabi deyiller.evden icaze vermiller namaz qilmaga.ne qeder bawa salsamda razi olmurlar.deyiller sef yoldu.dede-baba qaydasiyla qil (henefi).artiq 2gundur imanim zeifliyib namaz qilmiram.bawqa carem qalmayib .eger ellerimi gobey uste qoyub qilsam duz olarmi bes.mecbur halda.bir meslehet verin xaiw edirem.elleri sineye qoymaq butlere iwaredi deyiller.dunyada cox insan henefi namazi qilir deyiller.mendede fikir ayriligi yaranir.komek edin
Cavab: 
Və aleykum Salam. Tezliklə namaz qılmağa başlayın. Fitnə olmasın deyə əlinizi göbək üstündə tuta bilərsiniz. Amma namazı heç bir halda tərk etmək olmaz. Bu bir imtahandır, səbr edin. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45). 
Əlləri sinədə tutmaq bütlərə işarə olması fikri uydurmadır və heç bir dəlili yoxdur, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu cür namaz qılması haqqında isə çoxlu səhih dəlillər var. Daha ətraflı:
Namaz qılmayan Cənnətə girə bilər? 
İmanı artırmaq üçün nə etmək lazımdır?
Namazda əlləri necə tutmaq lazımdır?
Teqlər: 
Paylaş: