Əl natəmiz olduqda ona salavat vermək lazımdır?

    12.02.2016
Sual: 
El natemiz olduqda salavat vermek olar.Destnamaz aldiqda salavat vermeliyik
Cavab: 
Salam aleykum. Əl və ya hər hansı başqa bir yer natəmiz olduqda onu yumaq kifayət edir. Bunun üçün xüsusi sözlər yoxdur. Həmçinin, nə əl natəmiz olduqda, nə də dəstəmaz aldıqda salavat deməyə ehtiyac yoxdur. Hər hansı bir ibadəti etmək üçün əvvəlcə buna dəlil gətirmək lazımdır. Sadaladığınız şeylərin deyilməsinə isə nə Quranda, nə də hədislərdə dəlil yoxdur. Dində olmayan bir şeyi isə etmək olmaz. Bu, dinə Peyğəmbərimizin ölümündən sonra bəzi adamlar tərəfindən gətirilən bidət adlanır. Daha ətraflı: 
Paylaş: