Məscidə girdikdə salam vermək düzdürmü?

    13.03.2016
Kimdən: 
Sebuhi Selimov
Sual: 
Selamu aleykum csmide vaaz verildiyi zaman sonradan gelenlerin icerdekilere salam vermesi dogrudurmu? bildiyim qederiyle gunah ve ya haram oldugunu duydum bu dogrumu?
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə istənilən halda məscidə girdikdə məscidə girərkən edilən duanı demək sünnədir. Sonra isə təhiyyət namazını qılmaq lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Biriniz məscidə daxil olduqda iki rükət namaz qılmamış oturmasın". (əl-Buxari, 1163). Bu namaz elə məsciddə olan hamıya salam mənasındadır. Adı da bunu göstərir "Təhiyyətul-Məscid" - Məscidə Salam. Sonra isə istəsəniz Quran oxuyar və ya zikr edə bilərsiniz. Xütbə deyilirsə, dinləyərsiniz. Bərkdən salam vermək isə məqsədəuyğun deyildir. 

Teqlər: 
Paylaş: