Kəbinlə əlaqəli bir neçə sual...

    16.03.2016
Sual: 
salam size bir nece sualim var 1.eger valideynler 2 gencin evliliyine raziliq veribse o gencler bir birine halal sayilirlar? 2.eger 1ci kebin mueyyen sebeblere gore yeni velinin raziliqini almadan edilibse batil sayilirsa 2vi defe kebin kesdirilmelidi? 3.kebin kesilende kebin kaqizi verilmesi mutleq shertdir?o kaqizda ne yazilir? 3.2 evli wexs bowanibsa onlar yeniden bariwib birge olmaq isteyirse 2ci defe kebin kese bilerler?
Cavab: 
Və aleykum Salam.
1. Valideynlərin razılığı hələ kəbin deyildir. Ona görə kəbin kəsənə və toy edənə qədər onlar bir-birinə halal sayılmırlar. 
2. Bu cavabı oxuyun: Evlənən iki şəxsin iştirakı olmadan molla tərəfindən nikah bağlatdırmaq düzdürmü?
3. Kəbin kağızı və orada müəyyən şeyləri yazmaq kəbin kəsdirməyin şərtlərindən deyil, lakin olması daha yaxşıdır. Həmin kağızda qız tərəfdən vəli, iki şahid və oğlanın imzası, həmçinin, qıza verilən mehrin miqdarı yazılır. Evlənərkən qadına mehr vermək vacibdirmi?
4. Bu cavabı oxuyun: Kəbin pozularsa, evlənmək üçün qadını yenidən atasından istəmək lazımdır?
Teqlər: 
Paylaş: