"Maşallah" sözünün mənası nədir?

    29.02.2016
Kimdən: 
.....
Sual: 
əssəlamu aleykum va rahmətullahi va bərakətuhu eziz qardaslarim. uca Rəbbim sizləri faydali elmlə faydalandirsin əmin. . . . 1.maasAllah sözunun tercumesini aciqlayardizda. . . . 2. quranda hansisa hissesinde yazilibe qiyamet gunu salehler sizin ibadetinizi inkar edecekler. sehv elemiremse yadimda bele qalib o hansi ayedi? salehlere ibadet etmek barede. . . esselamu aleykum va rahmətullahi va bərakətuhu.
Cavab: 
Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Maşallah (Mə şəə Allah) sözü - Allah istədiyi kimi deməkdir. Həmçinin, bu söz Qurani Kərimdə beş yerdə qeyd olunur. Belə ki, həmin ayələrdən birində Uca Allah Kəhf surəsində iki nəfər arasında keçən əhvalatı xatırladaraq belə Allah buyurur:
وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ ۚ إِنْ تَرَنِ أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا - Bağına girdiyin zaman barı: “Maşallah (Allahın istədiyi kimi oldu), qüvvət (və qüdrət) yalnız Allaha məxsusdur!” – deyəydin! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, (əl-Kəhf, 39).

2. Uca Allah buyurur: "Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz". (Fatir, 14).
"(Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar. Xeyr! Qiyamət günü onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar". (Məryəm, 81-82)
Həmçinin oxuyun: Şirk nədir?

Teqlər: 
Paylaş: