Ruhun bir insan öləndən sonra başqasına keçidi düzdür?

    07.03.2016
Kimdən: 
Gunay
Sual: 
Salam.Size bir nece sualim var.Cavablandirsaniz Shad olaram.Ilk olaraq bilmek isterdim ki, pishik destamazin ustunden kecerse, namaz qilarken namaz batil ola bilermi?nivbeti sualim ise ruh bir defe cisme verikur.Yoxsa bir ruh bir nece cisme verile biler? Yeni ki meselen bir insan olenden sonra o yeni dogulmush birine verilir? Onceden size teshekkur edrem. suallari cavablandirdiginiza gore minnətdaram . Sağ olun
Cavab: 
Və aleykum Salam.
1. Namaz qılanın önündən pişiyin keçməsinin namaza heç bir zərəri yoxdur. Daha ətralı: 
Dəstəmazı pozan amillər
2. Hər bir insanın bir ruhu olur və insan öləndə ruh qəbir aləminə keçir və Qiyamət gününə qədər orada olur. Qiyamət günü hər kəsin öz ruhu öz bədənlərinə qayıdacaq. Lakin, bir ruhun növbə ilə bir insandan başqa bir insana keçməsi - elmi dildə "reinkarnasiya" - İslam dininə yad olan bir əqidədir. Bu əqidə əsasən krişnaizm, induizm və digər dinlərin batil fikirləridir.
Teqlər: 
Paylaş: