Quran oxuyarkən heyz olmaq həmin surənin qəbul olmaması deməkdirmi?

    14.03.2016
Sual: 
Salam. MƏN Ta-ha sürəsini sonuncu dəfə yəni 7- sini oxudum.( Ta-ha sürəsi 7dəfə)oxunmalıdır. Axrııncını yəni 7cini oxuyub qurtarandan sonra quranı örtdüm əlimə alıb ayaga duranda mənim aşagı hissəmdən yəni övrət yerimdən qan gəldi. İndi bilmək istirəm mənim bu sürəm düzgün sayılır yoxsa səf yəni mən bu sürənin sonuncusunu 7sini təzədən oxumalıyam yoxsa qəbul olunmuş sayılır.Xahiş edirəm cavab yazın zəhmətolmasa.
Cavab: 
Və aleykum Salam. "Ta Hə" və digər surələri istədiyiniz qədər oxuya bilərsiniz. Bu haqda heç bir məhdudiyyət və ya müəyyən say yoxdur. Ona görə də həmin surəni yenidən oxumağa lüzum yoxdur. Amma Qurandan oxuduğunuz surənin qəbul olub-olmaması anlayışı dində yoxdur. Allah rizası üçün, ixlasla Quran oxuduqda hər hərfə görə 10 savab qazanırsınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim Allhın kitabından bir hərf oxuyarsa ona bir yaxşılıq vardır. Bir yaxşılıq on qat savabdır. Mən Əlif, Ləm, Mim bir hərfdir demirəm. Əlif bir hərfdir, Ləm bir hərfdir, Mim də bir hərfdir". (ət-Tirmizi). Heyz olduqda isə Qurana toxunmaq haramdır. Həmçinin oxuyun: Qadın heyz halında nələri edə bilməz?
Paylaş: