Evlənəcəyim təqdirdə namaza başlamağa niyyət etmək düzgündürmü?

    16.03.2016
Kimdən: 
Melek
Sual: 
Salam Aleykum. Sevdiyim Insanla Evlenmek Ucun Niyet Etdimki Onunla Evlene Bilim Namaz Qilmaqa Baslayacam Ve 1 Ayda Niyet Orucu Tutacam. Menim Sevdiyimle Evlene Bilmek Ucun Tutdugum Niyet Gunah Sayilirmi?
Cavab: 
Və aleykum Salam. Namaz qılmaq kimi fərz əməlləri hansısa niyyətin həyata keçəcəyi təqdirdə etməyi düşünmək doğru deyil. Uca Allah namaz qılmağı hamıya vacib buyurmuşdur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).
Evlənə bilmək üçün çoxlu dua etmək lazımdır, duaların qəbul olmasına mane olan əsas səbəblərdən də biri namaz qılmamaqdır. Ona görə də, siz Uca Allahın iznilə tezliklə namaza başlayın və namazlarda dua edin. Orucu da eyni qaydada, niyyət həyata keçəndən sonra yox, əvvəl tutun və dua edin. Daha ətraflı:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Niyyət edərək hər ay bir həftə nəzir orucu tutmaq bidətdirmi?
Teqlər: 
Paylaş: