Namazda əllər bağlı tutulmalıdırsa, nə üçün Maliki məzhəbi əli açmağı icazəli bilir?
Sual:
Peyğember s.a.s-in namaz qılmaq qaydasına dair hedisler varmı?
Yeni sağ eli sol elin üzerinde bağladığına ve ya eli açıq namaz qılmasına dair? Eyer peyğəmbər s.a.s sağ eli sol elin üzerine qoyaraq namaz qılıbsa, onda maliki meshebi eli açıq namaz qılmağı niye icazeli bilib?
Cavab:
Salam aleykum. İmam Malikin (Allah ona rəhmət etsin) ən məşhur əsəri və hədis toplusu olan "Muvatta" kitabında Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namaz əsnasında sağ əli sol əlin üzərinə qoyması barəsində hədis var. Bu da göstərir ki, bəzi özünün Maliki məzhəbindən olduğunu deyənlərin namazda əllərini yana sallamasının İmam Maliklə heç bir əlaqəsi yoxdur. Həmçinin oxuyun: Namazda əlləri necə tutmaq lazımdır?