Vitr namazını qılan adam gecə namazını qıla bilərmi?
Sual:
Salam aleykum ! Men vitr namazini yatmamisdan gabag gilib yatiram ! Amma bezen gece oyanib namaz gilmag isdeyirem . Bu halda vitir namazini iki defe gilmag olar ?
Allah razi olsun !!
Cavab:
Və aleykum Salam. Vitr namazı gün ərzində qılınan namazların sonuncusudur. Ona görə də, gecə namazı qılmaq istəsəniz, yatmazdan qabaq vitr namazını qılmayın. Gecə oyanıb namaz qılın və sonra vitr namazını qılın. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o dedi: “İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükət vitr namaz qılıb cüt-cüt qıldığınız namazların cəmi sayını təkləşdirin. Beləliklə də vitri gecə qıldığınız namazların sonuncusu edin”. (Muslim). Daha ətraflı: Gecə namazı necə qılınır?