Valideynlər Peyğəmbər kimi namaz qılmağa icazə verməyə bilərlər?

    27.03.2016
Sual: 
Salam aleykum.1)Valideyinlerden her hansi biri eger dese ki,möhursuz ve qolu bağli namaz qilsan zehmetimi halal etmiyecem sene,bele olan halda valideyine itaet etmek lazimdirmi?.2)Namazda 2 secde arasinda "Rabbi ğ firli" duasiyla yanashi sehven secdede oxunan dualardan birini oxuduqda sehv secdesi etmek lazimdir?Önceden teshekkur edirem
Cavab: 

Və aleykum Salam.
1. Namazın Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dediyi kimi qılınması Allahın və Onun Rəsulunun haqqıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Daha ətraflı: 
Namazı möhürlə qılmaq olarmı?

2. "Rabbiğfirli" dedikdən sonra səhvən səcdə duası deyilərsə, namazdan sonra səhv səcdəsi etmək lazımdır. Lakin yaddan çıxıb və etməmisinizsə, bu namazı batil etmir. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?
Paylaş: