Namazdan sonra əlləri qaldırıb dua etmək bidət sayılır?

    03.04.2016
Sual: 
Salam aleyküm namazdan sonra ellerı acıb dua oxumaq bıdetdır? Axı ferz namazlarından sonra edılen dua qebul olunur bırdekı duanın ne Zaman ıstesen etmek olar da? ALLAHdan ne Zaman ıstesen bır şey ısteye bılersen hemcını. Dua edıb yalvararaq ısteye bılersen Burda bıdetlık bır şey yoxdur axı elı acıb yalvararaq dua etmek olmaz kı namazdan sonra .men ne Zaman ıstesem o Zaman ıcımden de sakıtce dua edırem bele etmek de olmaz kı ALLAH bızım ıcımızden deyılenı de esıdır ne Zaman desek de esıdır bılır duanın vaktı zamanı yoxdur axı onemlı olan ıcden dua etmekdır yalvararaq ınanaraaq
Cavab: 

Və aleykum Salam. Hədisdə deyilən "namazın sonunda", yəni təşəhhüddən sonra salamlardan qabaq edilən dua qəsd olunur. Lakin, namazdan sonra, yəni salamları verdikdən sonra əlləri qaldırıb dua etmək haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) heç nə deməyib. Əksinə, namazdan sonra zikrlər olunur. Daha ətraflı: Duanın qəbul olan vaxtları və məqamları hansılardır?

Teqlər: 
Paylaş: