Namaz qıldıqda salamlardan sonra yel çıxırsa, namaz batil olur?

    03.04.2016
Kimdən: 
hesen
Sual: 
salamlardan sonra yel cixarsa namaz batildirmi.
Cavab: 

Salam aleykum. Namazı qurtaranda salam verdikdən sonra yelin çıxması namazı batil etmir. Çünki, namazdakı salamlar namazın bitməsini bildirir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurdu: "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir (Allahu Əkbər deməkdir). Artıq hərəkətləri halal edən isə salam verməkdir". (İbn Məcəh, 275).

Paylaş: