İşdə tərpənmədən namaz qılmaq olarmı?
Sual:
Salam,isde isde namaz qilmaga icaze verilmir.ve kameralar var.men oturdugum yerde qila bilerem mi namaz terpenmeden??? istemirem namaz vaxtlarini kecirdim
Cavab:
Və aleykum Salam. Əgər heç cür mümkün deyilsə, oturan halda namaz qıla bilərsiniz. Lakin, ruku və səcdəni bir-birindən fərqləndirmək üçün az da olsa müəyyən qədər əyilməlisiniz. Allah kömək olsun. Həmçinin, oxuyun: Stulda oturaraq namaz qılmaq olarmı?