Corab üzərinə məshin qaydası necədir?
Sual:
Salam aleykum.menim sualim destemaz baresindedi.men seher fecr namazi ucun destemaz aliram.zohr namazina kimi destemazim pozulur(ayaqyoluna girenden sonra).men hemin vaxti destemazi tezelemirem.corab evvelki corabdir.dha sonra zohr namazinin vaxtinda detemazimi tezeleyirem .ayagima ise corab eyni oldugu ucun mesh cekirem.bu destemazim ne derecede sehihdir(duzgundur)?.men her her seferinde destemazim pozulandan sonra onu tezelemeliyem yoxsa ibadet vaxtini gozduyum hemin vaxt tezeleyim.?
Cavab:
Və aleykum Salam. Dəstəmaz aldıqda ayaqları yuduqdan sonra corab geyinsəniz, bir sutka ərzində nə vaxt dəstəmaz alsanız ayağınızı yumaq əvəzinə həmin corabın üzərindən məsh çəkə bilərsiniz. Həmin corabın üzərindən məsh çəkmisinizsə, bu corabı çıxartsanız dəstəmaz pozulmur. Lakin, növbəti dəstəmazı aldıqda ayaqları yumalısınız. Əgər dəstəmaz aldıqda ayaqlarınızı yusanız və corab geysəniz, bu dəstəmaz pozulmayanadək neçə dəfə istəsəniz o qədər corab çıxarıb başqa corab geyinə bilərsiniz. Çünki, sizin aldığınız dəstəmazda ayaq yuyulmuşdu və dəstəmazınız hələ pozulmamış bu corabı dəyişmisiniz. Həmçinin, günün istənilən vaxtında, yatmazdan qabaq dəstəmaz alanda ayaqlarınızı yuyub corab geyinsəniz, ayağınızda corab ola-ola yatsanız belə səhər yuxudan durduqda dəstəmaz alarkən corabınızın üstünə məsh edə bilərsiniz. Məsh çəkilmiş corabın çıxarılaraq başqa corabın geyilməsi isə mövcud dəstəmazı pozmur. Məshi pozan şərt isə corabın ayaqdan çıxması, topuğun görsənməsi, cənabətli hala düşməkdir. Həmçinin, oxuyun: Corabın üstünə məsh etmək barədə