Namaz qılmasam, Cənnətə girə bilərəm?

    13.02.2014
Kimdən: 
Lalə
Sual: 
Salam aleykum. Size sualim var. Men tovbe etmishem. Namaz qilmasam Cennete gire bilerem?
Cavab: 

Aleykum salam. Günahlardan tövbə etmək təqdirəlayiq əməldir. Lakin namaz qılmamaq özü bir günahdır, həm də böyük günahdır. Əgər biz, məsələn, ali məktəbə daxil olmaq üçün səy göstərməliyiksə, imtahana hazırlaşmalıyıqsa, onda Axirətdə Uca Allahın qarşısında sorğu-sual olunmağa nə üçün biganə yanaşmalıyıq? Əgər keçici, fani dünya işləri üçün ciddi səy göstəririksə, əbədi olan axirət üçün, Cənnət nemətləri üçün, Cəhənnəmdən qorunmaq üçün niyə belə səy göstərmirik? Allaha iman gətirən kəslərin namaz qılmaması çox vaxt inamın zəif olmasından, inamın zəif olması isə məlumatsızlıqdan irəli gəlir. Daha ətraflı: Namaz qılmayan Cənnətə girə bilərmi?

Paylaş: