Merac hadisəsi Quranda varmı?

    08.05.2016
Sual: 
Salamu aleykum.Hədislərdə peyğəmbərin merac hadisəsi bildirilir.və namazın 50 vaxt olduğu deyilir.sonra peygəmbər gəlir musa peygəmbərin yanına ona deyir get Allaha de bu namazı mənim ümmətin yüklənə bilməz.Allah azaldır və peyğəmbər bir neçə dəfə gedib gəlir.Axırda Allah namazların sayını 5ə endirir.Məgər Allah bilmirdimi ki Muhhaməd ümməti nə qədər namaz qıla biləcəyini bilmirdimi?Musa peyğəmbər Allahın danışmanıdımı ki o desin ki sənin ümmətin bu qədər namazı qıla bilməz?üstəlik bu hadisə quranda belə yoxdur.Quranda isra var.Amma merac hadisəsi üstəlik bu boyda hadisə olsaydı quranda bildirlməzdimi?əgər bu hadisə olubsa mən inkar etmirəm.Düzünü Allah bilir...
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Onu bir daha öz sürətində enərkən gördü – son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü". (ən-Nəcm, 13-18). Bu ayə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Meraca getməsinin Quranda olan dəlilidir, çünki burada Məva bağından söhbət gedir. Məva bağının isə Cənnətin dərəcələrindən biri olması isə aşağıdakı ayədən məlum olur. Uca Allah buyurur: "İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir". (əs-Səcdə, 19). O ki qaldı namazın əlli vaxt əmr edilib beş vaxta endirilməsinə, sözsüz ki, Allah bir şeyin əvvəlini və axırını, keçmişini və gələcəyini bilir. Allah hər şeyi biləndir. Lakin, bütün bunlar insanı sınağa çəkmək üçündür. Hədislərdə də qeyd olunduğu kimi namazların sayı beşə endirilsə də, amma Uca Allah əlli vaxt namazın savabını verəcəyini bildirmişdir. Bu da Allahın lütfüdür. Merac hadisəsini aşağıdakı məqalədən oxuya bilərsiniz: Peyğəmbərin meracı

Paylaş: