Əhli-sünnə peyğəmbərlərə və imamlara inanmır?
Sual:
Sunniler Mehemmed peygenberden basqa peygenbere inanmir?mene deyiblerki sunniler imamlara inanmir ve tekce Mehemmed peygenbere inanir bu dogrudur?
Cavab:
Salam aleykum. Bunlar hamısı iftiradır. Əhli-Sünnə vəl-Cəmaa Muhəmməd peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də daxil olmaqla ona qədər Allahın hər bir peyğəmbərinə inanırlar. Peyğəmbərlərin birinə inanıb digərini inkar etmək küfrdür.
İmamlara gəldikdə, hər bir müsəlman əhli-beyti sevməli və onlara hörmətlə yanaşmalıdır. Əhli-Beytin fəziləti, onların məqamı və hörməti İslam qaynaqlarında xüsusi ilə vurğulanıb və bunu heç bir müsəlman danıb inkar edə bilməz. Əgər imamları qəbul etmək, onlara inanmaq dedikdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əhli beytini sevmək, ibadət və əxlaqda onlara oxşamaq nəzərdə tutulursa, bu, hər bir müsəlmana vacibdir. Amma imamlara inanmaq dedikdə Allahı qoyub onlara dua etmək, onları Allah ilə özünüz arasında vasitəçi tutmaq və ya imamların hər şeyi bildiklərini, hər şeyi gördüklərini və öləndən sonra insana xeyir və ya zərə verəcəklərini düşünmək nəzərdə tutulursa, bu, şirkdir. Şirk isə əbədi Cəhənnəm əzabına səbəb olan ən böyük günahdır. İmamlar Peyğəmbərin nəslindən olub, günümüzdə onlara şamil edilən batil fikirlərdən uzaq, imanlı, əxlaqlı, ömürlərini Allaha itaətdə və insanları şirkdən çəkinərək yalnız Allaha ibadət etməyə çağırmaqla keçirən insanlar olmuşlar.
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun), Əli, Fatimə, Həsən, Hüseyn (Allah onlardan razı olsun) və onların nəsli bu inancda olmuşlar. İmamların şişirdilərək yalnız Allaha məxsus olan sifətlərin onlara nisbət olunması isə dinə sonradan gətirilən bidətlərdəndir (yeniliklərdəndir).
Həmçinin, oxuyun:
Peyğəmbərlər və imamlar arasında olan fərq nədir?
Allahdan qeyrisinə dua etmək şirkdir
Ölülər eşidirmi?
Hansı məzhəb doğrudur?