Qəza oruclarını tutmasam tutduğum oruclar batil olur?
Sual:
Salam.1-men kecen il ramazanda 10gun oruc tutdum sonra tuta bilmedim.eger men qalan oruclarimin qezasini tutmasam 10gunun oruclaridami savabdan silinecek?2-quranin tefsirine haradan baxa bilerem?
Cavab:
Və aleykum Salam.
1. Qəza oruclarını tutmasanız, tutduğunuz orucların savabı silinmir. Allah zülm edən deyil. Uca Allah buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8). Həmçinin, oxuyun: Ramazandan qalan qəza oruclarını Şəvval orucundan sonra tutmaq olarmı?
2. Quranın Azərbaycan dilinə təfsiri yalnız Abdur-Rahmən əs-Səədinin ərəb dilindən rus dilinə, rus dilindən də azərbaycan dilinə edilən tərcümədir. Lakin, ərəb dilində bir çox təfsirlər var ki, onlardan ən məşhurları olan İbn Kəsirin təfsirini, ət-Tabərinin təfsirini, əl-Qurtubinin təfsirini və s. misal çəkmək olar.