Cümə namazının hansı hissəsini biz deməliyik?
Sual:
Salam. Sualım cümə namazı ilə bağlıdır.Bu namazda mən hansı hissəni özüm oxumalıyam? Adətən imam Fatihəni v İhlası oxuyur, camaat "Amin" deyir, sonda isə təşəhhüd, salavat və dörd şeydən sığınmada sükut olur.Bu son hissəni mən özüm oxumalıyam yoxsa onu imam oxuyur? Cavabınıza görə, Allah razı olsun sizdən.
Cavab:
Və aleykum Salam. Səssiz camaat namazlarında imam və ona tabe olanlar hamısı namazın bütün sözlərini sakitcə dodaqları tərpədərək oxuyurlar. Səsli namazlarda isə Fatihə və İxlas surələrindən başqa bütün sözləri hər kəs özü sakitcə dodaqları tərpədərək oxuyur. Yəni, siz dediyiniz kimi təşəhhüd, salavat və dörd şeydən sığınmanı hər kəs özü deyir. Həmçinin, oxuyun: Camaat namazı necə qılınır?