Qan murdardırmı? Şəhidlərə cənazə namazı qılınırmı?

    08.07.2016
Sual: 
salam aleykum1-kafir suda bogularsa ve ya yanaraq olerse o sehid sayilrmi?2-bu duzdurmu sehidin cenaze namazi qilinmir,kefenlenmir,qusl alinmir oldugu kimi basdirirlir/axi Peygember sallallahu aleyhi ve sellem uhud doyusunde Hamzaya ve diger sedidlere ceneaze namaziqilmisdi.3-Qanin necis olmasini butun muselmanlar icma ediblerse bes ne ucun deri qanayarsa destemazi pozmur?4-Biri nifasdan sonra qusl alib teqribi bir ay sonra ise bilibki emeliyyat yerinde tibbi zalentin yapisqani qalib(onu qopardanda yapisqani qalir ve bunu hiss etmeyib) bu yeniden qusl almalidirmi?zalenti temizledikden sonra cenabet quslu alib bu qusl nifas quslunu odeye biler?
Cavab: 

Və aleykum Salam.

  1. Şəhidlik yalnız müsəlmanlara aiddir.
  2. Şəhidlər üçün cənazə namazı qılmaq vacib olmasa da, qılınması qadağan deyil.
  3. Qanın murdar olması haqqında alimlər icma etməyiblər. İnsanın qanı yalnız ön və arxa ifrazat orqanlarından çıxdığı halda (məsələn, heyz vaxtında), nəcis sayılır. Bəzi alimlər qanı nəcis saysalar da buna dəlil yoxdur. Əksinə, Peyğəmbərin (Ona və ailəsinə Alllahın salavatı və salamı olsun) dövründə olan hadisələr göstərir ki, qan nəcis sayılmır. Səhabələr Zatu-r-Riqai döyüşündən qayıdırdılar. Abbad, Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında idi. Gecə vaxtı idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) mücahidlərin istirahət etməsi üçün fasilə verilməsini əmr etdi. Basqın ehtimalı olduğundan növbə çəkməyi məsləhət gördü. Bu xidmət üçün iki könüllü axtarırdı. Səhabələrindən soruşdu: "Bu gecə bi­zi kim qoruyar?" Mühacirlərdən Əmmar ibn Yasir, ənsardan da Abbad ibn Bişr ayağa qalxdılar. Eyni anda ikisi də: "Biz qoruyarıq, ya Rəsulallah!"– deyib irəli atıldılar. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onlara dedi: "Elə isə vadinin ağzında gözləyin və ətrafa göz-qulaq olun". Onlar vadiyə doğru irəlilədilər. Abbad Əmmardan soruşdu: "Gecənin əvvəlində növbətçi olmaq istəyirsən, yoxsa sonunda?" Əmmar əvvəl növbətçi olmağı qəbul etdi. Keşik çəkməyə başladı. Abbad da namazını qılırdı. Bu əsnada çox yorğun olan Əmmar yuxuladı. Abbad ibn Bişrin yoldaşının yatdığından xəbəri yox idi. Namazını qılarkən mücahidləri izləyən bir müşrik onu gördü. Bu fürsəti qaçırmaq istəmədi. Dərhal yayına bir ox yerləşdirib atdı. Müşrikin oxu Abbada batdı. Abbad özünü itirmədi. Əli ilə oxu çəkib çıxardı və yerə atdı. Namaz qılmağa davam etdi. Üçüncü oxu da o biriləri kimi əli ilə çıxarıb yerə qoydu, rüku və səcdəyə getdi. Salam verdi. Çox halsız idi. Getdi, yoldaşını oyandırdı. Ona dedi: "Qalx, otur! Mən yaman yaralanmışam". Gözlərini açan Əmmar Abbadın hər tərəfindən qan axdığını gördü və soruşdu: "Subhanallah! O müşrik sənə ilk oxu atanda məni nə üçün oyandır­madın?!" Abbad belə cavab verdi: "Mən namazda uzun surə oxuyurdum. Surəni yarımçıq kəsmək is­təmədim. Oxlar üstümə ard-arda gəlməyə başlayınca oyandırıb sənə xəbər ver­mək üçün surəni yarımçıq kəsdim, rükuya getdim. Vallahi, Rəsulullahın əmrini yerinə yetirməmək qorxusu olmasaydı, surəni yarımçıq kəsməkdən ölümü üstün tutardım!" (İbn Hişam, "Sira" 3/ 219; İmam Əhməd, 14745). Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) qan aldırdı və dəstəmaz almadan namaz qıldı. Qan aldırdığı yerləri yumaqdan başqa bir şey eləmədi". (Buxari, Elm, 5, Vudu, 34; Muslim, Heyz, 18). Həmçinin, Rəsulullah (salləllahu aleyhi və səlləm) Zatu-r-Riqai qəzvəsində ikən, bir adama ox batmış, qan axarkən rüku və səcdələrə gedərək namazını tamalamışdı. Bunu görən Rəsulullah (salləllahu aleyhi və səlləm) ona heç nə deməmişdir. (Buxari, Vudu: 34). Ömər ibn Xəttab (Allah onlardan razı olsun) da namazda ikən qılıncla vurulduğuna baxmayaraq namazı yarımçıq dayandırmamışdır. Bu və digər hədislər dəlalət edir ki, qan murdar deyil.
  4. Namazları yenidən qılmağa ehtiyac yoxdur. Sadəcə tövbə edilməli, həmin yapışqan olan yerləri təmizlədikdən sonra yenidən qüsl alıb gündəlik namazlara davam edilməlidir. 
Paylaş: