Kasıb bacıma xums verə bilərikmi?
Sual:
Salam yoldaşım pulumuz var ev almağa amma hele ev almağa bes etmir 1 ildirki yığmişıq bize xumus düşür deyirler amma bacım dunyaya övlad getirmelidir keyseriye yolu ile amma yoldaşı işlemir deye pulu yoxdu biz o pulun xumsunu ona xercleye bilerikmi? evvelceden teşekkür edirem
Cavab:
Və aleykum Salam. Xums - cihad vaxtı qənimətin beşdə birindən əhli beyt sayılanlara verilən paydır. Sizə xums deyil, zəkat düşür. Bu da əlinizdə olan pulun qırxda biri edir, yəni əlinizdə olan məbləğdən 2.5 faiz pulu kasıblara vermək lazımdır. Əgər bacınız sizdən ayrı yaşayırsa, sizin himayənizdə deyilsə və bacınız da kasıbdırsa, siz zəkatı ona verə bilərsiniz. Həmçinin oxuyun: Zəkat