Namaz xalçasının naxışlarını görəndə Allahdan başqasına səcdə etdiyimi düşünürəm...

    18.06.2016
Sual: 
Əs salamu aleykum. Necəsiz? Mən təkbiri deyəndə səcdə etdiyim yerə baxıram, rukuya gedib dikələnnən sonrada səcdə yerinə baxıram. Əsası odur ki, orda naxışlar var. Elə bil 2 göz var. Oxşamır amma yenədə. Və mən də ora baxanda elə bilirəm onun üçün rüku etdim, elə bil Allaha səcdəgahı şərik qoşuram. Əstəgfirullah. Bu hal mənə çox əziyyət verir. Bucür şeydən necə qurtulum? 2) Insanın imanına göz dəyə bilərmi? 3) Insan imanı ilə sınağa çəkilirmi?
Cavab: 
Və aleykum Salam.
1. Bunlar şeytanın vəsvəsəsidir, ona əhəmiyyət verməyib, namazlarınıza davam edin. Belə halların baş verməməsi və namazda fikrinizin yayınmaması üçün naxışsız səccadələrdə namaz qılmaq daha yaxşıdır. Daha ətraflı: Üzərində məscid şəkli olan səccadələrdə namaz qılmaq olarmı?
2. Göz dəymə haqdır. Daha ətraflı: Gözdəymə və ondan necə qorunmaq haqqında
3. Dünya həyatı başdan ayağa sınaqdır. Uca Allah buyurur: "İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2). İnsan üçün ən böyük nemət onun imanıdır, çünki dünya həyatından sonra əbədi axirət həyatında Cəhənnəmdən qorunmaq və Cənnətə düşmək məhz möhkəm iman sayəsində mümkündür. Ona görə də Allahın dini üzərində sabit qalmaq və getdikcə imanı artırmaq üçün daim çalışmaq lazımdır. Daha ətraflı: İmanı necə artırmaq olar?
Paylaş: