Dəstəmazımın batil olduğunu sonradan bilənə günah yazılır?
Sual:
Destemazimin batil oldugunu sonradan oyrendim bu gunahdirmi?
Cavab:
Salam aleykum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Dəstəmazsız, namaz qəbul olunmaz". (Muslim, 224). Ona görə də siz dəstəmazsız qıldığınız namazları yenidən qılmalısınız. Bilərəkdən namazı dəstəmazsız qılan adam yenidən dəstəmaz alaraq namazı yenidən qılmaqla yanaşı bu əməlinə görə tövbə etməlidir, çünki belə etmək günahdır. Yox bilməyərəkdən olubsa, o adam heç bir günah qazanmır, sadəcə dəstəmaz alıb namazı yenidən qılmalıdır.