Əllər bağlı namaz qıldığıma görə ərimə yalan danışmışam, bu günahdırmı?
Və aleykum Salam. Namazı peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kimi qılmaq vacibdir, o isə namazı əlləri bağlı halda qılmışdır: "Həqiqətən, biz peyğəmbərlərə əmr olundu ki, iftarı tezləşdirək, sahuru gecikdirək, namazda sağ əli sol əlin üzərinə qoyaq". (ət-Tabərani, 11323; İbn Hibban, 1770).
Allahın əmrlərinə asi olmaq məsələsində heç kimə tabe olmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd).
Ona görə də siz fitnə çıxarmadan bacardığınız qədər Allahın əmrlərini yerinə yetirməyə çalışın. Belə halda siz üzrlüsünüz, peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Allaha dua edin ki, sizin yoldaşınıza hidayət versin. Çalışın ki, yalana öyrəşməyəsiniz. Namazı ərinizin gözündən kənar yerlərdə qılın ki, sizi görməsin. Həmçinin oxuyun:
Dualarım qəbul olmur, nə edim?
Namazda əlləri necə tutmaq lazımdır?