Ayaqyolunda mütləq su ilə təmizlənmək lazımdır?
Sual:
Salam aleykum. Sualıma görə üzr istəyirəm. Tualetdən sonra mütləq yuyunmaq vacibdirmi? Yuyunmadıqda qəbir əzabımız ağırlaşırmı? Böyrəyində problemi olanın və ya çox su içdiyinə görə tez tez ayaqyoluna getməyə məcbur olan adam hər dəfə dəstəmaz almadıqda belə yuyunmalıdırmı? Çünki hər dəfə yuyunduqca soyuqdəyə bilər.
Cavab:
Və aleykum Salam. Ayaqyoluna getdikdə təmizlənmək lazımdır. Su ilə təmizlənmək mümkün olmadıqda quru şeylərlə, məsələn kağızla təmizlənmək olar. Sidikdən təmizlənməmək qəbr əzabına səbəbdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Mədinə (və ya Məkkə) bostanlarından birinin yanından keçərkən qəbirlərində əzab çəkən iki adamın səsini eşitdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "(Bunlar) əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər" - dedi. Sonra (bunun səbəbini bildirib) dedi: "Bəli, bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdirərdi...". (Səhih əl-Buxari, 216). Daha ətraflı: Ayaqyoluna getməyin ədəbləri