Ateisti dinə necə inandırmaq olar?
Və aleykum Salam. Hətta müsəlman olmayan elm adamlarının da çoxu kainatın, dünyanın və canlıların öz-özünə yaranmadığını, yaradıcının olduğunu qəbul edirlər. Hal-hazırda bu cavabı oxumaq üçün istifadə etdiyiniz cihazı da kimsə yaradıb, məgər o, min illər də keçsə, öz-özünə yarana bilərmi? Belə olan halda ağlasılmaz dərəcədə mürəkkəbliyi olan və son dərəcə dəqiq işləyən kainatın, canlıların orqanizmlərin öz-özünə yaranmasını düşünmək məntiqsizdir. Uca Allah buyurur: "Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır". (əl-Bəqərə, 164).
Uca Allah bütün insanların bir yerə toplaşsalar da yaza bilməyəcəyi, möcüzələrlə və hikmətlə dolu bir kitab -- Quran göndərmiş, bu kitabda insanın yaradılış səbəbi, insanın Ona ibadət etməli olduğunu, ölümdən sonra insanı nə gözlədiyini bu kitabda bildirmişdir. Daha ətraflı:
Quranın Allah sözü olmasının sübutları
İnsan nə üçün yaradılıb