Cəhənnəm odundan qorunmaq haqda
“Ey Rəbbimiz! Bizə dünyada da, Axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” (əl-Bəqərə, 201)
[Rabbənə mə xaləqtə həzə batilən subhanəkə fəqinə azəbən-nər. Rabbənə innəkə mən tudxilin-nəra fəqad əxzəytəhu və ma liz-zaliminə min ənsar. Rabbənə innənə səminə munədiyən yunədi liliməni ən aminu birabbikum fə amənnə. Rabbənə fəğfir lənə zunubənə və kəffir annə seyyiainə və təvaffənə məal-əbrar. Rabbənə və atinə mə vəadtənə alə rusulikə və lə tuxzinə yəuməl-qiyaməti. İnnəkə lə tuxliful-miyad]
“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından Özün qoru! Ey Rəbbimiz, Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalimlərə kömək edən olmaz! Ey Rəbbimiz, həqiqətən, biz: “Rəbbinizə inanın”- deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz, Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan” (Ali-İmran, 191-194)
[Rabbənəsrif annə əzabə cəhənnəmə innə əzabəhə kənə ğaramən innəhə səət mustəqarran və muqamə]
“Ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz ki, onun əzabı həmişəlikdir. Doğrudan da, o ən pis məskən, ən pis yerdir” (əl-Furqan, 65-66)