Qorxaqlığa qarşı dualar

    01.06.2016
[Allahunmmə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərami və əuzu bikə min əzabil-qəbri və əuzu bikə min fitnətil-məhyə vəl-məmati]
“Allahım! Acizlik, tənbllik, qorxaqlıq, qocalıq və paxıllıqdan sənə sığınıram. Həmçinin, qəbr əzabından, ölümün və həyatın fitnəsindən Sənə sığınıram!” (əl-Buxari, 6367). 

[Allahummə, inni əuzu bikə min əl-buxli, və əuzu bikə min əl-cubni, və əuzu bikə ən uraddə ilə ərzəlil-umur, və əuzu bikə min fitnətid-dunyə və əuzu bikə min azəbil-qabr]
“Allahım, xəsislikdən Sənə sığınıram, qor­xaqlıqdan Sənə sığını­ram, qocalığın ən düş­kün ça­ğına çatmaqdan Sənə sığını­ram, dün­yanın fitnə­sindən Sənə sığınıram, qəbir əzabından Sənə sığı­nıram!” (əl-Buxari, 6365)
 

[Allahummə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərəmi vəl-qəsvəti vəlğəfləti vəl-ayləti vəz-zilləti vəl-məskənəti və əuzu bikə minəl-fəqri vəl-kufri vəl-fusuqi vəş-şiqaqi vən-nifaqi vəs-sum-əti vər-riyai və əuzu bikə minəs-saməmi vəl-bəkəmi vəl-cununi vəl-cuzəmi vəl-bərasi və seyyi-il-əsqami]
“Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, (pis) qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan , miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan (təkəbbürlükdən), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!” (Səhih əl-Cəmi, 1/ 407) 
 

[Allahummə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərami və əzabil-qəbri. Allahummə ati nəfsiy təqvahə və zəkkihə əntə xayru mən zəkkahə əntə vəliyyuhə və məulahə. Allahummə inni əuzu bikə min ilmin lə yənfə və minqalbin lə yəxşə və min nəfsin lə təşbəu və min dəvətin lə yustəcəbu ləhə]
“Allahım! Acizlikdən, tənbəllikən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan və qəbr əzabından Sənə sığınıram! Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin Qəyyumu və hamisisən! Allahım, fayda verməyən elmdən, Səndən qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olmayan duadan Sənə sığınıram!” (Muslim, 6844)