Qadın azan və iqamə verə bilər?

    22.06.2016
Sual: 
Salam.men her gun 5defe namaz qiliram sonra 3defe qilsam gunah sayilarmi?..2ci sualimda deyiler qadinlar iqame ve azan dememelidir men ama deyirdim demek namazi batil edermi?
Cavab: 
Və aleykum Salam. Gün ərzində beş vaxtda namaz qılınmalıdır. Bu namazları səfər, xəstəlik və xüsusi istisna olunan hallardan başqa səbəblərə görə üç vaxtda qılmaq düzgün deyil və həmin adam qılınmayan iki namaza görə günah qazanır. Azanı ancaq kişilər verir. Qadının iqamə verməsi vacib deyil və naməhrəm olmayan yerdə iqaməni aşağı səslə deyə bilər. Qadının azan deməsi namazı batil etmir. Daha ətraflı:
Teqlər: 
Paylaş: