peyğəmbərlər

Rəsulullahın üzüyünün vəsfi

    15.07.2014

Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Xosrova, Qeysərə və Nəcaşiyə məktub yazmaq istədikdə, ona: “Onlar yalnız üzərində möhür olan məktubları qəbul edirlər”– deyildi. Beləliklə də, Rəsulullah üçün qaşı da gümüşdən olan bir üzük hazırlandı. Onun üzərinə: “Muhəmmədun Rəsulullah” sözü həkk edilmişdi.” (Muslim, 2092).

Üç elçi göndərilmiş şəhər sakinlərinin əhvalatı

    11.07.2014

Allah təala buyurur: "Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək. O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik.
Elçilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik"– dedilər.
Onlar dedilər: "Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız".
Elçilər dedilər: "Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik. Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir".

İbrahim peyğəmbər haqqında

    20.06.2014

Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm".
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!"– dedi.
Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım"– dedi.

Yusuf peyğəmbərin həyatı

    30.05.2014

Uca Allah Yusuf peyğəmbər haqqında ayrıca surə nazil etmişdir. Bu surə bütövlükdə Yusuf peyğəmbər haqqındadır. Muhəmməd Pey­ğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun fəziləti haqqında demişdir: “İbra­himin oğlu İs­haq, onun oğlu Yaqub, onun da oğlu Yusuf, möh­tərəm peyğəmbərdir, özü də möhtə­rəm peyğəmbərin oğlu­dur, atası da möhtərəm peyğəmbərin oğ­lu­dur, babası da möhtə­rəm peyğəmbərin oğlu­dur.” (əl-Buxari, 3382).  
Yusuf surəsi Məkkədə nazil olmuşdur, 111 ayədən ibarətdir.

Nuh haqqında surə

    17.05.2014

Nuh surəsi, 28 ayədən ibarətdir. Məkkədə nazil olmuşdur. Bu surə bütövlükdə Nuh və onun qövmü haqqındadır. Nuh peyğəmbər Adəmdən min il sonra göndərilən Allahın elçisidir. Nuh peyğəmbərin doqquz yüz əlli il peyğəmbərlik etməsinə baxmayaraq qövmünün az bir qismi onun çağırışını qəbul etmişdir. Uca Allah onu iman gətirənlərlə birlikdə xilas etmiş, inadkar kafirləri isə suya qərq etmişdir. Uca Allah buyurur:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Peyğəmbərin orucu

    11.05.2014

      Orucluq – Allaha ibadət məqsədi ilə dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) şeylərdən özünü qorumaqdır. Orucluq Uca Allahın Öz qullarına buyurduğu böyük ibadətlərdəndir. Əməlisaleh bəndə nəfsinə güc gələrək axirət yurduna, onun gözəl nemətlərinə can atır və o əbədi həyata özünü təmizləyərək hazırlayır. Sevinc hissi ilə aclığı və susuzluğu qarşılayır, ehtiyac içində olanların vəziyyətini hiss edir, nəfsini dünya ləzzətlərindən – yemək-içmək, eləcə də Allaha asi olmaqdan qoruyaraq şeytanın yollarını bağlayır.

Peyğəmbərin meracı

    03.05.2014

      İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra Rəsulullahın bir gecədə Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri bir gecədə Məscidul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniyin üzərində Cəbrailin müşayiəti ilə aparması sayəsində ona bəxş etdiyi böyük bir möcüzədir.

Əzmkar peyğəmbərlər

    23.03.2014

      Əzmkar və möhkəm iradə sahibləri olan peyğəmbərlər ulul-əzm peyğəmbərlərdir. Uca Allah Muhəmməd peyğəmbərə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et!” (əl-Əhqaf, 35).
Alimlər ulul-əzm peyğəmbərlərin sayının beş olduğunu söyləmişlər – bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmmədir (Allahın onlara salavatı və salamı olsun!). 
Onların beşinin adı birlikdə Qurani Kərimdə iki yerdə çəkilir. Onlardan birincisi "əl-Əhzab" surəsindədir:

Pages