Məhəmməd peyğəmbər

Peyğəmbərin ən çox sevdiyi paltar

    19.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin, ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən xeyirlisidir.”  
Peyğəmbər bunu deməklə ümmətini ağ rəngdə libas geyinməyə rəğbətləndirər, özü də ağ rəngdə libas geyinərdi. Əbu Zərr demişdir: “Bir dəfə mən Peyğəmbərin yanına gəldim. Onun əynində ağ libas var idi” (Səhih əl-Buxari, 5827).
Digər rənglərə nisbətən ağ geyimdə çirk daha tez gözə çarpır və bu çirki təmizlədikdə libas daha təmiz və daha gözəl görünür. 

Peyğəmbərin saçlarını daraması və ətirlənməsi barədə

    16.05.2015

Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun - saçlarını ya özü darayar, ya da bunu onun üçün zövcələrindən biri edərdi. Saçlarını daramaqda Rəsulullah nə həddi aşar, nə də buna səhlənkar yanaşardı, yəni, nə dəqiqəbaşı saçını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxtdan-vaxta onları darayıb gözəl şəklə salardı. Saçlarına və əyin-başına fikir verməyən kimsələri isə qınayardı.

Peyğəmbərin mirası

    13.04.2015

Rəvayət edilir ki, Amr ibn Haris demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur.” (əl-Buxari, 2739).
Aişə rəvayət edir ki, Rəsulullah demişdir: “Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir.” (əl-Buxari, 3810).

Peyğəmbərin mərhəməti

    27.01.2015

Rəvayət edilir ki, İbn Abbas demişdir: "Qureyşlilər Peyğəmbərin yanına gəlib dedilər: “Rəbbinə dua et ki, Səfanı bizim üçün qızıla döndərsin, biz də sənə iman gətirək”.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “İman edə­cəksinizmi?”
Onlar: “Bəli!”- deyə cavab verdilər.

"əd-Duha" surəsinin izahı

    09.12.2014

Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. And olsun səhərə!
2. And olsun sakitləşən gecəyə!
3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8. Kasıb olduğun zaman səni varlandırmadımı?
9. Elə isə yetimə xor baxma!
10. Səndən kömək diləyəni qovma!

Allah Rəsulunun dolanışığı necə idi?

    26.09.2014
səhra

Ömər ibn Xəttab demişdir: Bir gün mən Rəsulallahın (salallahu aleyhi və səlləm) yanına gəlib onun həsirin üstündə uzandığını, başını içi xurma lifi ilə doldurulmuş bir yastığa söykədiyini və həsirin də onun böyrünə iz saldığını gördüm və ağlamağa başladım. Rəsulullah məndən: "Niyə ağlayırsan?" deyə soruşdu. Mən dedim: "Xosrov və Qeysər (Fars və Rum padşahları) cah-cəlalləq içində yaşayır, sən isə Allahın rəsulu olduğun halda belə acınacaqlı vəziyyətdə yaşayırsan". Onda Rəsulullah dedi: "İstəmirsən ki, dünya onlara, Axirət isə bizə nəsib olsun?!" (Buxari, 4532)

Peyğəmbərin südü çoxaltmaq möcüzəsi

    21.09.2014

Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Özündən başqa məbud olma­yan Allaha and olsun ki, mən bəzən aclıqdan qarnımı yerə dayayardım, bəzən də aclığı hiss etməyim deyə qarnıma daş bağlayardım. Bir gün mən (müsəl­man­­ların) gedib-gəldiyi yolun üstündə oturdum. Elə bu vaxt Əbu Bəkr gəlib ya­nım­dan keçdi və mən ondan Allahın Kitabındakı bir ayə haqqında soruş­dum. Ona sual verməkdə (məqsədim) ancaq bu idi ki, o, (aclıqdan əziyyət çək­di­yi­mi görüb) mənə yemək versin. Lakin o çıxıb getdi və mənə heç nə vermədi.

Peyğəmbərə ilk dəfə vəhy gəlməsi

    21.09.2014

Möminlərin anası Aişə (Allah Ondan razı olsun) rəvayət edir ki, Allahın elçisinə (Allahın Ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın ay­dınlığı kimi gerçək olmasın. Sonra onun qəl­binə tənha­lığa çəkilmək mey­li salındı. Peyğəmbər Hira dağındakı mağa­rada xəlvətə çəki­lib, ailəsinin ya­nı­na qa­yıdana­dək müəy­yən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə gö­tü­rüb xəl­­və­­tə çəki­lərdi). Sonra Xədicənin yanına qayı­dıb yenə bir o qə­dər müd­dət qal­maq üçün azuqə götürərdi.

Pages