Allahın "əl-Həlim" adının mənası
əl-Həlim sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın əl-Həlim adı Qurani-Kərimdə on bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır” (İsra, 44).
Həmçinin buyurur: “Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır” (Fatir, 41).