Allahın "ər-Razzaq" adının mənası

    17.12.2014

ər-Razzaq ruzini yaradan və bol ruzi verəndir. Məxluqa fayda verən hər bir şey ruzi adlanır. Allahın ər-Razzaq adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir (ər-Razzaq), qüvvət sahibidir, Mətindir” (əz-Zəriyət, 56-58).  
ər-Razzaq olan Allah, bəndələrinin ehtiyac duyduqları nemətləri onlara qismət edəndir. Uca Allah ruzini hər kəsə, həm sevdiyinə, həm də sevmədiyinə, həm güclüyə, həm də zəif olana verir. Uca Allah buyurur:
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)(Hud, 6).
 

Paylaş: