islamın əsasları

Ramazan ayının orucu

    21.03.2023

Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183).

İslam və iman nədir?

    04.01.2023

Ömər ibn Xəttab demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!”

Yoxsa onlar göyləri və yeri yaradıblar?

    11.11.2022

Qurani Kərim Yaradanın varlığını inkar edənlərə bu ayələri dəlil olaraq gətirir: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar” (ət-Tur, 35-36). Bu dəlil ağıllı insanları Yaradanın varlığına iman gətirməyə məcbur edir. Bu ayələr o qədər bəlağətli və təsirlidir ki, onu eşidən hər kəsin qəlbini titrədir. Rəvayət edilir ki, Cubeyr ibn Mutim demişdir: “Mən Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - məğrib namazında “ət-Tur” surəsini oxuduğunu eşitdim.

əl-Fatihə surəsinin üstünlüyü

    17.01.2022

Peyğəmbər - salləllahu aleyhi və səlləm - əl-Fatihə surəsinin üstünlüyü haqqıda belə demişdir: "Uca Allah buyurur: "Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb'ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir". (İbn Hibban, 775).

Əhli-beytin fəziləti

    23.11.2020

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.

Təvəssül nədir?

    16.12.2019

Təvəssül sözü vəsilə axtarmaq deməkdir. Təvəssül insanın öz istəyinə nail olması üçün vəsilə axtarmasına deyilir. Qurani-Kərimdə vəsilə sözü iki dəfə işlənmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız” (əl-Maidə, 35).

Pages