islamın əsasları

Allahın "əl-Vəkil" adının mənası

    26.12.2016

əl-Vəkil sözü etimad edilən, eləcə də qoruyan, zamin duran deməkdir. Allahın əl-Vəkil adı Qurani-Kərimdə on dörd dəfə zikr edilir. Uca Allah buyurur:
“Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır (Vəkil). Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır” (əz-Zumər, 62-63).

Allahın "əl-Muqit" adının mənası

    16.12.2016

əl-Muqit sözü ruzi verən, təmin edən deməkdir. Allahın əl-Muqit adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır (Muqit) (ən-Nisa, 85).
əl-Muqit olan Allah hər şeyə şahid olan və hər şeyə qadir olandır. O bütün yaratdıqlarının qayğısına qalan, onları qoruyan və yaşamaq üçün möhtac olduqları ruzi ilə təmin edəndir. Uca Allah buyurur:

Allahın "əl-Muqaddim" və "əl-Muəxxir" adlarının mənası

    16.12.2016

əl-Muqaddim sözü əvvələ çəkən, əl-Muəxxir sözü isə təxirə salan deməkdir. Allahın əl-Muqaddim və əl-Muəxxir adları Peyğəmbərin səhih hədislərində zikr edilir. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Peyğəmbər gecə durub namaza başlayarkən birinci təkbirdən sonra bu duanı edərdi: Allahım! Həmd Sənədir. Sən göylərin, yerin və onlar­da olanların Qəyyumusan. Həmd Sənədir. Sən göylərin, yerin və onlar­da olanların Hökmdarısan. Həmd Sənədir. Sən göylərin, yerin və onlar­da olanların nurusan. Həmd Sə­nədir. Sən Haqsan. Verdiyin vəd haqdır. Səninlə görüşmək haqdır. Cənnət haqdır.

Allahın "əl-Mucib" adının mənası

    15.12.2016

əl-Mucib sözü cavab verən deməkdir. Allahın əl-Mucib adı əl-Qarib adı ilə yanaşı zikr edilir. Uca Allah buyurur:
“Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır (Qarib), çağırışa cavab verəndir (Mucib)." (Hud, 61).

Namaz bir nurdur

    14.12.2016

Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).
Namaz və digər bütün ibadətlər yalnız Allah xatirinə yerinə yetirilməlidir. Uca Allah buyurur:

əl-Fatihə surəsinin izahı

    28.11.2016

əl-Fatihə (Kitabı açan) surəsinin təfsiri
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
3. Mərhəmətli və Rəhmliyə,
4. Haqq-hesab gününün Hökmdarına!
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi doğru yola yönəlt –
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!

Cümə namazına tələs!

    07.01.2016
cümə namazına tələs

Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə, 9). Bu haqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir:
“Cümə namazını camaatla qılmaq hər bir müsəlmana vacibdir. Yalnız dörd qrup insan istisnadır: "Sahibi olan qul, qadın, uşaq və xəstə!” (Əbu Davud, 1067). "Cümə namazına getmək həddi-buluğa çatmış hər kəsə vacibdir". (ən-Nəsai, 3/ 89).

Allahın "ər-Rafiq" adının mənası

    31.10.2015

ər-Rafiq sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın ər-Rafiq adı Pey­ğəm­bərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah müla­yimdir və mülayimliyi sevir. Sərt­liyə görə vermədiyi­ni, mülayimliyə görə verir” (əl-Ədəbul-Mufrad, 472).

Pages