islamın əsasları
Allahın "ər-Raqib" adının mənası
ər-Raqib sözü nəzarət edən deməkdir. ər-Raqib olan Allah bütün yaratdıqlarına nəzarət edəndir. Allahın ər-Raqib adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Allah (Qiyamət günü) deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"– demişdin?" İsa deyəcək: "Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!
Allahın "əl-Alim" adının mənası
əl-Alim sözü bilən deməkdir. Allahın əl-Alim adı Qurani-Kərimdə yüz əlli yeddi dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır” (əl-Hucurat, 13).
Allahın "əl-Həsib" adının mənası
əl-Həsib sözü hesaba alan, həmçinin kifayət edən, qoruyan deməkdir. əl-Həsib olan Allah Ona təvəkkül edənlərə kifayət edəndir. Allahın əl-Həsib adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir” (ən-Nisə, 86).
Allahın "ər-Rauf" adının mənası
ər-Rauf sözü çox rəhm edən, şəfqətli olan deməkdir. Allahın ər-Rauf adı Qurani-Kərimdə on dəfə zikr edilir. Uca Allah buyurur:
“Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir” (əl-Həcc, 65).
"Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir" (əl-Hədid, 9).
Allahın "əl-Məcid" və "əl-Mubin" adlarının mənası
əl-Məcid sözü şanlı, şərəfli olan deməkdir. əl-Məcid olan Allah bütün təriflərə layiq olandır. O, bəndələrinin yanında şan-şöhrətə sahibdir. Allahın əl-Məcid adı Qurani-Kərimdə iki dəfə zikr edilir. Uca Allah buyurur:
“Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir! Bağışlayan da, Sevən də Odur! Ərşin sahibidir, Şan-şöhrətlidir (əl-Məcid)!” (əl-Buruc, 13-15).
Dəstəmaz almaq qaydası - VİDEO
Pirlərə gedib dua etmək barədə
Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisə, 116).
Allahdan qeyrisinə dua etmək şirkdir
Dua ibadətin ən böyük növlərindəndir, hətta ibadətin özəyidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Dua ibadətin elə özüdür". (Sunən ət-Tirmizi, 2969). Uca Allah buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60).
Qeybət etmək haqqında
Dilini haramdan qorumaq müsəlmanın riayət etməli olduğu ən vacib məsələlərdəndir. Dilin işlədiyi haramlara yalan, qeybət, böhtan, söz gəzdirmək, lağ etmək, söymək və s. daxildir.
Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12).