islamın əsasları
İnsan nə üçün yaradılıb?
Bəzi insanlar həyatın ancaq dünyadan ibarət olduğunu deməklə Allahın onları əbəs yerə yaratdığını düşünürlər. Uca Allah Quranda göyləri, yeri və canlıları səbəbsiz yerə yaratmadığını bildirmişdir: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" (əl-Mu'minun, 115).
"Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər" (əl-Əhqaf, 3)
İnsan həyatının mərhələləri
Allahın "əl-Həkim" və "əl-Həkəm" adlarının mənası
əl-Həkim və əl-Həkəm sözlərinin hər ikisinin mənası hikmətli və hökm verən deməkdir. Uca Allahın əl-Həkim adı Qurani-Kərimdə 94 dəfə, əl-Həkəm adı isə cəmi bir dəfə zikr olunur. Uca Allah buyurur:
“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir (əl-Həkim)” (əl-Həşr, 24).
əl-Həkəm - hökm sahibi olan, heç kəsə pislik və ya zülm etməyəndir.
Dua ibadətdir
Dua sözünün mənası çağırış deməkdir. Dua edən öz Rəbbinə üz tutaraq Onu köməyə çağırır. Duaları qəbul edən, çağırışlara cavab verən yalnız Uca Allahdır. Dua ibadətdir. Odur ki, dua edən yalnız Uca Allahdan istəməlidir. Allahdan qeyrisinə dua edib nəsə istəmək Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmaq isə günahların ən böyüyüdür.
Dua insanı Allaha yaxınlaşdıran ən gözəl ibadətdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah üçün duadan daha əziz heç nə yoxdur". (ət-Tirmizi, 3370, 3696).
Namaz qılmayan Cənnətə girə bilərmi?
Günümüzdə bir çox insanlar yaxşılıq etmək, ürəyi təmiz olmaq, paxıllıq etməmək və s. yaxşı əməllərin Cənnətə girmək üçün kifayət olduğunu, namazın isə vacib olmadığını düşünürlər. Halbuki Uca Allah namazı əmr etmiş və bunu əvəz edəcək heç bir əməl olmadığını bizə açıq-aydın bildirmişdir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Sizə salam olsun!
Allahın "əl-Həyy" və "əl-Qayyum" adlarının mənası
Uca Allahın əl-Həyy adı Qurani-Kərimdə dörd dəfə, əl-Qəyyum adı isə üç dəfə zikr edilir. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır (əl-Həyy), bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum)” (əl-Bəqərə, 255).
əl-Həyy kamil həyata sahib olandır. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. Ondan başqa hər kəs ölümə məhkumdur. Uca Allah buyurur:
Allahın "əl-Kəbir" və "əl-Mutəkəbbir" adlarının mənası
Allahın "ər-Rahmən" və "ər-Rahim" adlarının mənası
ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) sözlərinin hər ikisinin də mənası mərhəmətli deməkdir. Lakin ər-Rahmən ər-Rahimdən daha geniş mənaya sahibdir. Onun mərhəməti dünyada bütün məxluqatı əhatə edir, Axirətdə isə yalnız möminlərə məxsus ediləcək. Ona görə də “ər-Rahmən dünya və axirətdə Mərhəmət edən, ər-Rahim isə axirətdə Rəhm edəndir” deyilir. Uca Allahın ər-Rahmən adı Qurani-Kərimdə 57 dəfə, ər-Rahim adı isə 114 dəfə qeyd olunur.